
Xidmətdən istifadə üçün portalda qeydiyyatda keçmək tələb olunmur.
Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Qeyd edək ki, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökümət" portalına inteqrasiya etdirdiyi elektron xidmətlərinin sayı 38-ə çatıb.