x
Loading...
.

Bütöv Azərbaycanın HAVA PROQNOZU - FOTO/VİDEO

Bütöv Azərbaycanın HAVA PROQNOZU - FOTO/VİDEO
17:48 18 Mart 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Dərbənd

Dərbənd: gecə: gündüz:

18 mart: + 6 + 9

19 mart: + 5 + 8

20 mart: + 4 + 9

21 mart: + 6 + 11

22 mart: + 8 +10

23 mart: + 7 +10

24 mart: + 6 + 9

Cənubi Azərbaycan

"Bu günlərdə Təbrizin havası soyuq, Urmiyada isə nisbətən isti olar. Amma hər ikisində də bayramın gətirdiyi istilik hiss olunar”- deyir, cənublu soydaşımız Ümid Nəccari.

“Amma Novruz bayramı günlərində Təbrizdə hava yavaş-yavaş isinərdi. Səhənd, Eynəli dağında bayram günlərində də qar olardı. Təbrizin 40 kilometrliyində Kəncivan qəsəbəsində hava hələ soyuq olardı. Bizim üçün Novruz yeni ilin başlanğıcı idi. Ona görə də, həmin günə bir ay əvvəldən hazırlıq görülər, alış-veriş canlanarda, bazarlarda sıxlıq olardı. Hər kəs böyük həyəcanla Novruzu gözləyərdi. Adətə görə Novruzda görüşlər keçirilər, bir-birinə qonaq gedərlər.Novruzdan 13 gün sonra təbiət günü qeyd edilir. Həmin gün evdə qalmaq yaxşı sayılmır, ona görə də hər kəs təbiətin görüşünə gedər. Hətta təqvimdə də təbiət günü kimi yazılır”.

Təbriz: gecə: gündüz:

18 mart: 0 + 10

19 mart: + 4 + 10

20 mart: + 4 + 11

21 mart: + 1 + 10

22 mart: 0 +6

23 mart: - 1 + 9

24 mart: + 2 + 9

Ərdəbil

Ərdəbil: gecə: gündüz:

18 mart: + 2 + 12

19 mart: + 4 + 12

20 mart: + 1 + 15

21 mart: + 2 + 10

22 mart: 0 + 5

23 mart: - 2 + 12

24 mart: - 1 + 12

Zəncan

Zəncan: gecə: gündüz:

18 mart: - 1 + 11

19 mart: + 4 + 7

20 mart: + 3 + 10

21 mart: + 1 + 10

22 mart: 0 + 8

23 mart: - 2 + 10

24 mart: + 1 + 13

Xoy

Xoy: gecə: gündüz:

18 mart: + 1 + 9

19 mart: + 1 + 13

20 mart: + 1 + 14

21 mart: + 1 + 13

22 mart: + 1 + 11

23 mart: + 2 + 15

24 mart: + 4 + 17

Həmədan

Həmədan: gecə: gündüz:

18 mart: - 1 + 12

19 mart: + 3 + 9

20 mart: + 3 + 9

21 mart: 0 + 9

22 mart: 0 + 8

23 mart: 0 + 10

24 mart: + 1 + 14

Urmiya

Urmiya: gecə: gündüz:

18 mart: - 1 + 7

19 mart: + 1 + 11

20 mart: - 1 + 11

21 mart: + 1 + 10

22 mart: + 1 + 10

23 mart: 0 + 11

24 mart: 0 + 13

Qərbi Azərbaycan

İrəvan

İrəvan: gecə: gündüz:

18 mart: + 1 + 6

19 mart: + 2 + 10

20 mart: - 1 + 11

21 mart: - 1 + 9

22 mart: - 3 + 11

23 mart: 0 + 13

24 mart: + 1 + 13

Dərələyəz

Dərələyəz: gecə: gündüz:

18 mart: - 3 + 5

19 mart: 0 + 7

20 mart: - 4 + 10

21 mart: - 3 + 6

22 mart: - 5 + 6

23 mart: - 3 + 9

24 mart: 0 + 12

Göyçə

“Bu ayda Göyçədə artıq ağaclar tumurcuqlayır, dağlarda ağ ləçəkli, ortası sarı olan çiçəklər olurdu. Nərgizgülünə oxşayır, amma onun ətri bir başqa olurdu. İndi Göyçədə hər yerdə bu gülün qoxusu hiss olunurdu. Ərik, albalı ağacları artıq martın əvvəlindən çiçəkləyirdi”. Bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova Göyçədə mart ayından danışarkən deyir:

“Bu ay hər yerdə olduğu kimi bizdə də bayram ayı idi. Hələ ilk çərşənbədən başlayaraq yumurtalar boyanar, uşaqlar yumurta döyüşdürərdi. Bayramda parçalardan lopalar düzəldirdilər. Bayram axşamı onu yandırırdılar, təkcə tonqal yox, həm də lopanın üstündən tullanardıq. Göyçədə bayramda ən çox qat-qat fəsəli, pişi bişirililirdi. Papaq atan uşaqlara mütləq fəsəli, boyanmış yumurta qoyulurdu. Ağsaqqallar bir-bir evlərə baş çəkirdi. Yas olan ailələrə yeməklər hazırlanıb aparılırdı. Kasıblar üçün lazım olan yemək tədarükü görürdülər. Sanki həmin gün hər kəs bərabərləşirdi.

Göyçə dağlı mahal olduğundan qar çox yağır, martın əvvəlində əriyən qar çaylarda daşqına səbəb olurdu.Bu zaman torpaq sanki cana gəlirdi. Bu ayda Göyçə gölündən balıq tutmağa gedirdilər”.

Göyçə: gecə: gündüz:

18 mart: - 7 0

19 mart: - 5 + 1

20 mart: - 7 + 2

21 mart: - 5 0

22 mart: - 7 0

23 mart: - 6 + 1

24 mart: - 4 + 2

Ağbaba

“Ağbabada indi hava bir başqa olardı”, - deyir Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı. Daha sözlərinə belə davam edir: “Bizim ellərdə Novruzun dadı fərqli idi. At yarışları, bacadan şal sallamalar, şirniyyatlarla birgə orada bayram bir başqa idi. Bütün eldə bayram əhval-ruhiyyəsi hiss edilirdi. Bu ayda torpaq dirilirdi və şumlanan zaman torpaqdan qalxan qoxu hələ də burnumdadır. İnsanlar hər şeyin təzə olmasına çalışır, bir-birinə hədiyyələr verirdilər. Bizim ellərdə insanların bir-birinə münasibəti də fərqli olurdu. Hər kəs bayram təbriki üçün azı 7 qapıya gedirdi. Bu aylarda bayramlar heç vaxt buruq keçməzdi, çünki bu qədər əzab çəkməzdik”.

Ağbaba: gecə: gündüz:

18 mart: - 2 + 5

19 mart: - 3 + 6

20 mart: - 3 + 8

21 mart: - 6 + 5

22 mart: - 6 + 7

23 mart: - 4 + 10

24 mart: - 1 + 12

Zəngəzur

Zəngəzur: gecə: gündüz:

18 mart: - 3 + 4

19 mart: 0 + 6

20 mart: - 3 + 5

21 mart: - 2 + 5

22 mart: - 3 + 5

23 mart: - 3 + 7

24 mart: 0 + 9

Borçalı

İrəvan teatrının direktor müavini Həsən Həsənov deyir ki, ən gözəl Novruz məhz Borçalıda qeyd edilir: “İndi Borçalıda səpin başlanıb, torpaq şumlanıb. Torpaq kimi insanlar da sanki qış yuxusundan oyanıb. İnsanlar boş dayanmır. Təbiətin dirilişinə qoşulurlar. Bizim kəndimiz - Faxralı üç dağın əhatəsindədir. Bayram axşamı Dədə Qorqud dastanında olduğu kimi dağların başında tonqallar qalanır. Uşaqlar qapı-qapı gəzir papaq atır, yaşlı qadınlar kişi paltarı geyinir,kişilər qadın paltarı geyinib evlərə gedir. Bayram günlərində hər kəs evində olanlarla süfrəsini bəzəyir. Başqa millətin arasında olsaq da, bayram adətlərimizi qoruyuruq. Hətta Azərbaycanda yaşayan borçalılar da öz bölgələrinə gedib bayramı orada qeyd edir”.

Borçalı: gecə: gündüz:

18 mart: + 3 + 10

19 mart: + 3 + 15

20 mart: + 3 + 16

21 mart: + 1 + 13

22 mart: + 5 + 1 5

23 mart: + 2 + 16

24 mart: + 4 + 17

Qarabağ

Keçmişdən danışmağı sevməyən professor, ictimai-siyasi xadim Şahlar Əsgərov Kəlbəcərdə mart ayını belə xatırlayır: “Kəlbəcərdə bu ay insanların baharın gəlişini sevinclə gözləyirdik. Novruz bayramının gəlişi bütün ailələrdə sevinclə qarşılanırdı. Bu ayda əsasən təmizlik işləri görülürdür. Qapı-bacada qış boyu yığılıb qalan zibillər yandırılardı, çərşənbələrin qeyd edilməsi illərdən gələn bir ənənə idi. İnsanlar bu bayramı şən qarşılayardılar”.

Qarabağ: gecə: gündüz:

18 mart: - 5 + 5

19 mart: - 2 + 7

20 mart: - 3 + 9

21 mart: - 4 + 6

22 mart: - 8 + 4

23 mart: - 6 + 8

24 mart: - 3 + 8

Naxçıvan

Mart ayı Ordubad üçün xüsusi bir aydır. Bunun əsas səbəbi də Novruz bayramının qeyd edilməsidir. Çünki Novruz Ordubadda bir başqa qeyd edilir”, - deyir jurnalist Anar Rəsulov.

O sözlərinə belə davam edir: “Xüsusən ilin axır çərşənbəsi təm-təraqla qeyd edilir. Ona yeddi ləvin bayramı da deyilir. Sonuncu çərşənbədə şəhərin mərkəzi yolu bağlanır. Bayram piştaxtaları, manqallar qurulur,yol boyu açıq yeməkxanaların sayı bir neçə dəfə artır. Sovet hökuməti dövründə də bu bayramın qeyd edilməsi qadağan edilmə bilmədilər. Bayram axşamı hər kəs xüsusi qeyd edilir. Qədim adətlər qorunur, rayonu əhatə edən bütün dağlarda xüsusi tonqallar qurulur. Bizdə tonqallar qalanan kimi Cənubi Azərbaycanda dağlarda buna qarşı tonqallar görmək olur. Bununla da bayramlaşma baş tutur. Novruzdan sonra 3 gün bayramlaşma olur. Azərbaycanın heç bir yerində olmayan bir adət Ordubadda yaşadılır. Bayramda üç gün şəhərin mərkəzi meydanında xan bəzədilir, onun xüsusi taxtı qurulur. Simvolik olaraq rayonu xan idarə edir, onun vəziri, vəkili olur və 3 gün şənlik olur. Hər səhər xan mərkəzə gətirilir, axşam evə aparılır. Son 20 ildir Ordubad xanı Aqat xandır. Ondan əvvəl də atası Məhəmməd xan taxtda idi. Adətə görə təlxəklər xanı güldürməyə çalışır. Əgər xan gülsə, taxtdan endirilir. Lakin illərdir xanı güldürən olmur.Bayram günü hər evdə süfrədə gülab olmalıdır. Evə gələn qonaq və ev sahibi hər dəfə əllərinə gülab suyu tökürlər. Bayramlaşmanın ikinci günü mütləq qəbirlər ziyarət edilir”.

Naxçıvan: gecə: gündüz:

18 mart: + 4 + 13

19 mart: + 2 + 15

20 mart: + 3 + 11

21 mart: +3 +12

22 mart: + 2 + 14

23 mart: + 2 + 18

24 mart: + 4 + 18

Bakı

Bakı: gecə: gündüz:

18 mart: + 6 + 11

19 mart: + 7 + 11

20 mart: + 4 + 11

21 mart: + 4 +10

22 mart: + 7 + 12

23 mart: + 7 + 12

24 mart: + 8 + 14

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/191870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR