Almaniyada artıq uzun illərdir ki, eyni cinsdən olanların evlənməsi və cinsi azlıqların hüquqları uğrunda mübarizə gedir.
Metbuat.az bildirir ki, son illər cinsi azlıqlar Almaniya Bundestaqında sözün əsl mənasında söz-söhbətə səbəb olub.
Belə ki, "Xristian bloku" cinsi azlıqların müdafiəsinə qalxıb. "Xristian bloku" cinsi azlıqlar üçün evli cütlüklərdə olduğu kimi, vergilərin azaldılmasını tələb edir.
Almaniya qanunlarına görə, evli cütlüklərdə kişi işlədiyinə, qadın isə uşaq dünyaya gətirdiyinə görə həmin ailələrə bəzi güzəştlər edilir.
Ölkədə cinsi azlıqlar 2001-ci ildən etibarən qeydiyyata alınır. Hazırda onların sayı təxminən 25 min nəfərdir.
Bu siyahıya hətta Almaniyanın keçmiş Xarici işlər naziri Quido Vestervel də daxildir. O, 2010-cu ildə həmcinsi Mixael Mronsla ailə qurub.
Qanun qüvvəyə minsə, cinsi azlıqlar da, sosial güzəştlərdən tam şəkildə yararlana biləcək.
Aytən Novruzova / Metbuat.az