Kembric hersoginiyası Keyt Midlton Britaniya rəssamı Hovard Hodkinin “Dostların yoxluğu” sərgisində görüntülənib.
"Dəb ikonası" sərginin adının əksinə olaraq, qalereya rəhbəri və jurnalistlərlə səmimi söhbətlər edib.
Qonaqları xüsusilə Midltonun göz oxşayan libası cəlb edib. Onu daim sadə geyimlərdə görməyə alışan insanlar bu dəfə tamamilə fərqli obrazla qarşılaşıb.
"Dəb ikonasının" mövsümün əsas çalarlarıyla uzlaşan krujevalı libası onun zərif bədən ölçülərini vurğulamağı bacarıb.
Aytən Novruzova / Metbuat.az