Başqalarına rəngarənglik gətirən baharın belə bu yeniyetmənin həyat rəngini dəyişməyə gücü çatmayıb. Libası kimi həyatı da monoton rənglər üzərində axıb gedir.

Son dəfə çöhrəsində çiçəklərin açdığı anı belə xatırlamır.

Başsız ailəsinə apardığı qəpik-quruş isə qarınlarını heç vaxt doydura bilmir.

Yaşıdlarına müəllim kəlamlarının melodiyasını bəxş edən həyat, əvəzində bu yeniyetməyə küçənin baş aparan səs-küyünü hədiyyə edib.

Dəyərsiz hədiyyəni kimsə sevməz. İmkan olan kimi ondan yaxa qurtarmağa can atar.

Həyat sürprizlərlə doludur. Bəlkə də, qarşımızda tənəylə "küçə alverçisi" dediyimiz bu uşaq gələcəyin qurucusudur. Kim bilir?! Böyük loxma yeyək, amma böyük danışmayaq.

Aytən Novruzova / Metbuat.az