Türkiyədə DİN-in nəzdində Sərhəd Mühafizə Baş İdarəsi yaradılır

14:27 7 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 14:25 ]


Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində Sərhəd Mühafizə Baş İdarəsi yaradılır. APA-nın Türkiyənin «Akşam» qəzetinə istinadən verdiyi məlumata görə, quru və dəniz sərhədlərinin mühafizəsinə bilavasitə cavabdehlik daşıyacaq yeni qurumla bağlı qanun layihəsi hazırlanır və sənəd bu il Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. Yeni qurum polis və jandarma heyətinin cəlb olunması hesabına formalaşdırılacaq.

 

Qanun layihəsində Yunanıstan və Bolqarıstanla quru sərhədlərinin 5 il içərisində bu idarəyə təhvil verilməsi planlaşdırılır. Gürcüstan, Azərbaycan və Ermənistanla sərhədlər isə qarşıdakı 10 il içində Sərhəd Mühafizə Baş İdarəsinə təhvil verilməlidir. Qaçaqmalçılıq, sərhəd pozuntularının və terror olaylarının daha çox yaşandığı Suriya, İraq və İran sərhədlərinin bu quruma tam təhvili barədə hökumət ayrıca qərar qəbul edəcək.

 

Qeyd edək ki, Türkiyə tərəfi Sərhəd Mühafizə Baş İdarəsinin yaradılması və yeni sərhəd mühafizə sisteminin qurulması ilə bağlı bir sıra Avropa Birliyi ölkələri ilə yanaşı, Azərbaycanın da təcrübəsini öyrənib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR