Britaniya yazıçısı Ceyms Uilson “Hitlerin Alpdakı mənzil-qərargahı” adlı kitabında onun tam fərqli obrazda şəkillərini paylaşıb.
Metbuat.az xəbər verir ki, şəkillərdə Hitlerin sadə geyimdə uşaqlar və heyvanlarla mehribancasına davrandığını görmək olar. Tarixçilər isə şəkillərin təbliğat xarakterli olduğunu deyir.
İkinci Dünya müharibəsi zamanı Hitleri vaxtının daha çox hissəsini Berqxofdakı iqamətgahında keçirirdi. İlk dəfə Berqxofa 1923-cü ildə gələn Hitler buranın gözəl təbiətinə heyran olur. Beş ildən sonra isə orada bərpa işlərinə başladır və qərargahını yaradır.
1936-cı ildə Hitlerin həyat yoldaşı Yeva Braun da Berqxofa gələrək, orada yaşamağa başlayır. Həmin vaxtdan qərargah liderin şəxsi və ictimai görüşləri üçün əsas mərkəzə çevrilir.
Qərargah 1945-ci ilin 25 aprelində aviasiya zərbələri nəticəsində dağıdılıb.
Aytən Novruzova / Metbuat.az