“Facebook” Peterburqdakı partlayışdan sonra “təhlükəsizliyin yoxlanması” adlı funksiyasını istifadəyə verib.
Metbuat.az bildirir ki, bu funksiya istifadəçilərə tez bir şəkildə terror, bədbəxt hadisələr və ya hansısa baş verə biləcək fəlakətdən xəbərdar olmağa imkan verəcək.
Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda güclü partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.
Metronun giriş-çıxış qapıları bağlanıb.
Aytən Novruzova / Metbuat.az