Ərinin ona xəyanət etməsindən şübhələnən qadın kişiyə "yapışqan cadusu" etmişdi. Cadugərdən aldığı məhlulu ərinin yeməyinə qatıb verən qadın nəticəni çox gözləməyib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ertəsi gün kişi ilə məşuqəsi şəhərdəki otellərdən birində aşkarlanıblar.

Olay Keniyanın paytaxtı Nayrobidə baş verib.

Məşuqəsi ilə "eşq görüşü" üçün "Explor İnn" otelinə yollanan 39 yaşlı kişi yataqda olarkən qəflətən qadına yapışıb. Bir-birlərindən ayrıla bilməyən çılpaq aşiq və məşuq qışqırıblar, köməyə adam çağırıblar.

Hadisə yerinə otel əməkdaşları ilə yanaşı, kişinin arvadı da gedib.

Qisasını almış qadın çılpaq ərini və onun məşuqəsini arabaya qoyaraq şəhərin mərkəzi küçələri ilə sürməyə başlayıb.

Məşuqə üstünü mələfə ilə örtsə də, kişi çaşqın halda ətrafa baxırdı.

Polisdən verilən məlumata görə, qadın xəyanətkar ərini ifşa etmək üçün "maqun" adlı məhluldan istifadə edib.

Həkimlər isə olayın səbəbinin məşuqə qadındakı vaqinizm sindromunun olduğunu, hadisənin cadu-piti ilə heç bir əlaqəsinin olmadığını deyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ərini məşuqəsinə yapışdırdı, küçədə gəzdirdi - VİDEO - FOTOƏrini məşuqəsinə yapışdırdı, küçədə gəzdirdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində