Məşhur kino ulduzu Ceki Çanın "1990 Miss Asiya" müsabiqənin qalibi olan qızı 18 yaşlı Etta Enq uğursuz intihar cəhdindən sonra xəstəxanaya yerləşdirilib.

Metbuat.az bildirir ki, anasının dostları ilə Taylanda istirahətə gedən Etta 2 gün sonra təcili olaraq Honk-Konqa qayıdıb və orada xəstəxanaya yerləşdirilib. Deyilənə görə depressiyada olan 18 yaşli qızın intihara təşəbbüsü uğursuz alınıb.

Qeyd edək ki, Ceki Çan nigahdan kənar doğulan qızını heç vaxt övladı kimi qəbul etməyib.

Xəyalə Xatun / Metbuat.az