Qobustan sakininin yol tikintisinə görə kompensasiya tələbinə cavab verildi

14:58 7 Yanvar 2015
95 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

"Azəryolservis" ASC Qobustan sakininin şikayətinə cavab verib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib: "Bakı-Şamaxı avtomobil yolunun 45+600 – 67+500 km hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində Qobustan rayonu ərazisində 66+790 km yerləşən evinin yolun tikintialtı sahəsinə düşməsi haqqında Ceyrankeçməz kənd sakini Rafiq Məmmədovun şikayətinə cavab olaraq bildirmək istərdik ki, yuxarıda adıçəkilən ünvana tərəfimizdən bir neçə dəfə baxış keçirilib, ev yerləşən ərazinin topoqrafik planı hazırlanıb.

Plandan da göründüyü kimi, adıçəkilən ünvanda yerləşən ev yeni tikilən 4 zolaqlı yolun 60 m-lik təhkim zolağından kənarda yerləşir ki, evin ən yaxın tinindən təhkim zolağına qədər məsafə6,88 m təşkil edir. Odur ki, “Azəryolservis” ASC tərəfindən şikayətçiyə evin sökülməsi və ya kənara köçürülməsi ilə bağlı hər hansı kompensasiyanın ödənilməsini məqsədəuyğun hesab etmirik".

ASC rəsmisi deyib ki, bu barədə R.Məmmədova M-4/16-5541 saylı 04.09.14 tarixli məktubla məlumat verilib.

Qeyd edək ki, R.Məmmədovun həyətyanı sahəsinin yolun tikintialtına düşən kiçik hissəsi (bir neçə kv.m) ilə bağlı ona evin yan və ya arxa tərəfindən eyni ölçülü torpaq sahəsi ilə əvəzlənməsi təklif olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR