"Yüksək texnologiyalar parkı" MMC-nin direktor müavini Kənan Bayramov direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın İT bazarındakı mənbə deyib.

K.Bayramov 2013-cü ilin aprelindən bəri cəmiyyətə rəhbərlik edən Seymur Ağayevi əvəz edib.

Qeyd edək ki, "Yüksək texnologiyalar parkı" 2012-ci ilin noyabrında yaradılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində