Ötən gün ABŞ Suriyaya raket hücumu təşkil edib.

Metbuat.az bildirir ki, hücum haqqında ilk rəsmi məlumatı "NBC News" yayıb. Belə ki, ABŞ-ın Aralıq dənizindəki gəmilərindən Homs şəhərindəki "Əş- şəyrat" bazasına 56 "Tomaqavk" tipli qanadlı raket atılıb. Yerli dairələr tələfatın olduğunu qeyd edir.

"Mən Suriyada kimyəvi hücumun təşkil olunduğu aerodroma planlı hərbi zərbələrin endirilməsi üçün əmr verdim".

ABŞ prezidenti Donald Tramp ötən axşam Suriyada aparılan hərbi əməliyyatlara bağlı xalqa müraciətində belə deyib. O bildirib ki, əməliyyatın məqsədi kimyəvi hücumların qarşısını almaqdır.

Xəyalə Xatun / Metbuat.az


ABD Suriye'yi vurdu by Sozcu