Rusiya prezidenti Vladimir Putin Suriyaya raket zərbələri endirməsindən dolayı ABŞ-a qarşı sərt ittihamlar səsləndirib.
Metbuat.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov xəbər verib. Onun sözlərinə görə, prezident ABŞ-ın Suriyaya qarşı beynəlxalq hüquqa zidd olaraq təcavüz etdiyini vurğulayıb. Kremil rəsmisi Suriya ordusunun kimyəvi silah ehtiyatlarına malik olmadığını da qeyd edib.
"Suriya Silahlı Qüvvələrinin bütün kimyəvi silah ehtiyatlarının ləğv olunmasını BMT tərəfindən yaradılmış Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı da faktı təsdiqləyib".
Qeyd edək ki, ötən gün ABŞ Suriyaya 50-dən çox raket zərbəsi endirib.
Xəyalə Xatun / Metbuat.az