Britaniyalı "DJ" Daks J azan duasına remiks etdiyinə görə müsəlmanlar tərəfindən qınanılıb.

Metbuat.az bildirir ki, onun hazırladığı azan duasının rəqs versiyası müsəlmanlar tərəfindən böyük narazılığa səbəb olub. "DJ"-in bu hərəkəti iyrənc və İslam dininə hörmətsizlik kimi qəbul edilib. Daks heç kimi incitmək və təqhir etmək fikri olmadığını söyləyərək, müsəlmanlardan üzr istəyib.

Xəyalə Xatun / Metbuat.az