Suriya raket hücumu barədə əmr verən ABŞ prezidenti Donald Trump qızı İvanka bundan qürur hissi duyduğunu deyib.

Metbuat.az xəbər verir ki, İvanka öz "Twitter" hesabında bunları yazıb: “Yaşadığımız zamanda bəzən çətin qərarlar vermək gərəkir. Atamın insanlığa qarşı törədilən dəhşətli cinayətə qarşı çıxması məni sevindirdi və qürurlandırdı”

Qeyd edək ki, aprelin 7-də ABŞ-ın Aralıq dənizindəki gəmilərindən Suriyanın Şayrat hərbi bazası raket atəşinə tutulub. Nəticədə 9 əsgər və 10 mülki şəxs ölüb.

Xəyalə Xatun / Metbuat.az