Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.

Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yapdım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.