Narkodiler qruplaşmasının 7 üzvü həbs edildi

Narkodiler qruplaşmasının 7 üzvü həbs edildi
14:57 9 Aprel 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Sahil Mühafizəsi Albaniyadan İtaliyaya külli miqdarda narkotik maddə daşıyan beynəlxalq qruplaşmanı müəyyənləşdirdiyini xəbər verib.

Milli.Az report.az-a istinadən bildirir ki, qurum narkotik maddələrin daşınması üçün sürətli katerlərdən istifadə edildiyini bildirib.

Sahil Mühafizəsinin Narkotiklərlə Mübarizə bölməsi bununla bağlı keçirilən əməliyyat zamanı 7 nəfəri həbs edib. Onlardan 5-i alban, 2-i yunandır. Cinayətkarlardan 1,5 tondan çox marixuana götürülüb və qruplaşmanın 2 sürətli kateri müsadirə edilib.

Hesablamalara əsasən qruplaşma üzvləri qeyri-leqal yolla milyonlarla avro pul qazanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR