Elxan Abdullayevdən məğlubiyyət şərhi

Elxan Abdullayevdən məğlubiyyət şərhi
20:37 9 Aprel 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

“Belə meydanda oynamaq bütün komandalar üçün çox çətindir. Bu amil həm bizə, həm də rəqibə çətinlik yaratdı”. Fanat.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Kəpəz”lə qarşılaşan “ağ-qaralar” 0:2 hesablı məğlubiyyətə üzülüb.

 

Görüş başa çatdıqdan sonra fikirlərini klub saytına açıqlayan Abdullayev məğlubiyyətə səbəb kimi meydanın vəziyyətini və zədəlilərin çoxluğunu göstərib: “Zədəlilərin çoxluğu ardıcıl 2-3 oyun stabil heyətlə oynamağa imkan vermir. Pavel Dreksa və Kirilo Petrov zədəli olduğu üçün müdafiənin mərkəzində iki məcburi dəyişiklik etmişdik. Üstəlik, sol cinah oyunçusu Georgi Navalovski zədəli olduğu üçün ikinci hissədə ağrıkəsici iynənin hesabına meydana çıxdı. Ruslan Abışov bu gün "18-lik”də olsa da, hələ ki meydana çıxmağa hazır deyil, tam bərpa olmayıb. Bir sözlə, birdən-birə 4 futbolçunun zədələnməsi oyunumuza çox pis təsir edib. Bütün bunlara baxmayaraq, növbəti oyunlara qələbə qazanmaq üçün çıxacağıq”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elxan-abdullayevdn-mlubiyyt-rhi-t57457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR