"Çempionluğu yox, "İnter"i düşünürəm" - Qurban Qurbanov

"Çempionluğu yox, "İnter"i düşünürəm" -   Qurban Qurbanov
23:07 9 Aprel 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

"Açığı, məni oyun maraqlandırırdı. Onların hamısından razı qaldım. Baxmayaraq ki, matçın əvvəlində həyəcanlı idilər. Hətta məğlub olsaydıq da, onlardan razı qalacaqdım". 


Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXV turunda 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 


O bildirib ki, hələlik çempionluqdan danışmaq tezdir: "Çempionatın sonuna 3 tur qalıb. 3 oyun 9 xal deməkdir. Dünya futbolunda son turda çempionluğun əldə olunduğu və ya itirildiyi halda çox qarşılaşmışıq. Bizi çempionluq yox, "İnter"lə növbəti oyun düşündürür".  (Sportnet.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcempionluu-yox-quotnterquoti-duunurmquot-t57459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR