Stokholmdakı terror aktını İŞİD törədib

Stokholmdakı terror aktını İŞİD törədib
09:18 10 Aprel 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.

Bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.

Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. "Suriyada bombardmanlara son qoyulmalıdır", deyə R.Akilov bildirib.

Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR