​Allah onu bədbəxt yaradıb...

İnsanlar bədbəxt doğulur, yoxsa bədbəxt talelərini özləri yazır?

“Mənim həyatda bəxtim heç gətirmir”- deyən bəzi insanlar var. Yükü çiyinlərindən atan, mübarizədən qorxan tiplər. Onları çox da qınamayın. Yaradılışları belədir. Həyatda edilən bütün doğruların müəllifi onlar, yanlışların isə ünvanı ətrafındakılardır. Ətrafa əl ata bilməyəndə isə Allah...

Amma həqiqətən bədbəxt doğulan insanlar da var dünyada. Bədbəxt taleyinin qurbanı olan yüzlərlə, milyonlarla uşaq. Doğulacağı ailəni, mühiti, ölkəni seçə bilməyən körpələr.

O da həmin uşaqlardan biri kimi dünyaya gəldi. Anasını itirəndə heç məktəbə də getmirdi. Ögəy anası onu və qardaşlarını istəmədiyi üçün atası onları kimsəsiz uşaqların təhsil aldığı məktəbə (internata) yazdırmışdı. 6 yaşından 15 yaşına kimi, o, həmin məktəbdə oxumuşdu. Qıvrım qara saçları, tünd qəhvəyi gözləri vardı bu balaca oğlanın. Həyata 1-0 geridə başlamışdı. Kiçik şeylər onu xoşbəxt edirdi. Ən böyük xəyalı isə özünə gitara almaq idi. Həftə sonlarını iplə çəkirdi. Evinə, ailəsinə qovuşacağı günləri sayırdı. Sevgisiz bir ailədə böyümüşdü. Ailə münasibətləri və sevgidən yetim qalmış bir ailədə. Ona görə də sevə bilmirdi heç kimi. Həyatın uşaqlıqda ona vurduğu ağır şillədən idi bəlkə də, o da sevdiklərini bədbəxt edirdi. Bədbəxt taleyinin ağrılarını sevdiklərinə yaşatdırırdı. Əlindəki dəyərləri bir göz qırpımında yerə atıb məhv edəcək dərəcədə daşlaşmışdı ürəyi. Etdiklərindən sonra peşman olurdu. Amma nə fayda. Gedən gedirdi.

Darıxıram, o insan üçün. Etdiklərinə rəğmən çox darıxıram...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR