Bakının mərkəzində yaşayış binası yanır

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsində - "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.

Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik alovun qarşısını ala bilməyiblər. Yanğın davam edir.

XXX

Bakının mərkəzində yaşayış binasında baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğının baş vermə səbəbləri məlum deyil.

//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR