Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti “Le Parisien” qəzetinə istinadən xəbər verir.
Naməlum şəxslər avtomat silahlardan atəş açıblar.
“i-Télé” xəbər telekanalı həlak olanların olduğuna dair məlumat yayıb.
İlkin ehtimala görə, 11 nəfər ölüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az