"Ölüm bir gün sizin də qapınızı döyə bilər" - Əməkdar artist - FOTO

"Ölüm bir gün sizin də qapınızı döyə bilər" - Əməkdar artist - FOTO
18:47 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Bəzi saytlar mənim ölüm xəbərimi yaydı. Nə məqsədlə, kimin sifarişi ilə bilmirəm. Buna sevinənlər də oldu, kədərlənənlər də. Amma hər kəs bilir ki, ömrü verən də, alan da Allahdır". 

Milli.Az big.az -a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Naibə  Allahverdiyeva deyib. O barəsində ölüm xəbərini yayanlara belə cavab verib:

"Əsas odur ki, bu ömrü dəyanətlə yaşayasan. Özündən sonra azacıq da olsa bir iz qoyub gedəsən. Əgər mən bu gün sənətimlə bir çox insanların qəlbinə yol tapıb sevgi qazanmışamsa, deməli, bu həyatı boş yaşamamışam. Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi. Vurdu, sürüdü, yıxdı, yaraladı, amma qəlbimdən insanlara qarşı sevgi-mərhəməti ala bilmədi. Qəlbimi kin-kidurətlə doldura bilmədi, buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin! "

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/533842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR