Cənubi Sudanın ikinci ən böyük şəhəri olan Vauda hökumət qoşunları və üsyançılar arasında toqquşmalar baş verib.
Publika.az xəbər verir ki, bu haqda BMT-nin Cənubi Sudandakı missiyasının (UNMISS) bəyanatına istinadən “Röyters” agentliyi bildirib.
Toqquşmalar nəticəsində 16 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılan Cənubi Sudanda 2013-cü ildən vətəndaş müharibəsi yaşanır. Ötən müddət ərzində iki milyon insan qaçqın vəziyyətinə düşüb. 2015-ci ilin avqustunda tərəflər sülh razılaşmasını imzalamağı bacarıblar. Amma az müddət sonra toqquşmalar yenidən başlanıb.
Ömər