Bakıda kütləvi davada iki nəfər bıçaqlanıb - FOTO

Bakıda kütləvi davada iki nəfər bıçaqlanıb - FOTO
07:22 11 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən yaşayış binasının önündə 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb. 
X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR