Həyat yoldaşını və şagirdi öldürdü

ABŞ-ın San-Bernardino şəhərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı məktəbdə silahlı insident baş verib.

Metbuat.az bildirir ki, ibtidai sinif müəlliməsinin həyat yoldaşı Sedrik Anderson dərs zamanı sinifə daxil olaraq, silahla öz həyat yoldaşına atəş açıb. Lakin güllələr müəllimlə birlikdə iki azyaşlı şagirdə də tuş gəlib. Müəllim və şagirlərdən biri hadisə yerindəcə həyatını itirib. Sedrik Anderson daha sonra özünü də öldürüb. Digər yaralı azyaşlı xəstəxanaya çatdırılıb.

Polis hadisənin ailə münaqişəsi zəmnində baş verdiyini bildirir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR