Azərbaycan dilindən qeyri-məqbul qiymət alanlara GÜZƏŞT

Azərbaycan dilindən qeyri-məqbul qiymət alanlara GÜZƏŞT
11:59 11 Aprel 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət İmtahan Mərkəzi “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul  imtahanında iştirak edə bilərlər.

 

Lakin 11 iyunda keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR