İŞİD Rusiyaya qarşı müharibəyə başlayır – Kəşfiyyat şefi

İŞİD Rusiyaya qarşı müharibəyə başlayır – Kəşfiyyat şefi
13:08 11 Aprel 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının başçıları Rusiyada terror aktları hazırlayırlar.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli terrorçuluğa qarşı komitənin (NAK) sədri Aleksandr Bortnikov qurumun iclasında deyib.

“Hazırda bu barədə xeyli operativ informasiya var. İŞİD liderləri dünyanın müxtəlif regionlarında, həmçinin Rusiyada terror hücumlarını həyata keçirməyə hazırlaşırlar”, - Bortnikov bildirib.

Onun sözlərinə görə, Rusiya, Böyük Britaniya, İsveç və Misirdə son həftələrdə törədilən terror aktları buna nümunədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR