Linza taxan qızlar, kor ola bilərsiniz

“Linza həkim məsləhəti ilə taxılmalıdır və düzgün taxılmadığı zaman görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır”.

Bunu Metbuat.az-a açıqlamasında oftalmoloq Şahin Novruzlu deyib: “Linzalar eynəklə müqayisədə daha geniş sahəni korreksiya edir. İstər optik, istərsə də, estetik linzalardan istifadə zamanı xüsusi qaydalara əməl etmək lazımdır. Günlük linzalar axşamlar atılmalı, aylıq linzalar isə xüsusi maye qablarda saxlanılmalıdır. Linza gözdə olarkən yatmaq, yuyunmaq, hovuza girmək olmaz. Bunlara riayyət olunmadığı zaman gözdə infeksiya artır, xüsusilə, buynuz qişanın xəstəlikləri meydana gəlir. Bəzən bu xəstəliklərin gedişatı çox ağrılı olur və nəticə etibarı ilə görmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər”.

Hər kəs linza taxa bilər?

Həkim deyib ki, şiddətli allergiyası, göz quruluğu sindromu və digər göz xəstəlikləri olanların linza taxması düzgün deyil. Linza taxmazdan əvvəl, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR