Kuklanın başında Azərbaycana heroin göndərmək istəyən şəxs yaxalandı

Kuklanın başında Azərbaycana heroin göndərmək istəyən şəxs yaxalandı
16:23 11 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul polisinin narkotiklərlə mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı Azərbaycana oyuncaq kuklanın içərisində 1 kiloqram narkotik göndərmək istəyən şəxs yaxalanıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, narkotik maddənin kuklanın baş hissəsində gizlədildiyi müəyyən olunub.

Əməliyyat martın 24-də keçirilib, polis bu barədə indi məlumat yayıb.

Məlumatda deyilir ki, polisə Azərbaycana narkotik gizlədilmiş bağlamanın göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Bu məlumat əsasında polislər İstanbul Başakşehirdə bir kargi firmasının xarici yüklər üçün nəzərdə tutulmuş anbarında Azərbaycana göndərilmək üçün nəzərdə tutulan bağlamanı tapıb. Bağlamanı açan polislər oradan 2 qutu şokalad, 1 qutu saqqız, ayaqqabı və kukla tapıb.

Axtarış zamanı kuklanın baş hissəsində 11 bükülü halında gizlədilmiş 84 qram heroin tapılıb. Həmin bağlamanı göndərmək istəyən 35 yaşlı, O.U. adlı şəxs kamera görüntüləri əsasında saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR