Finlandiyada mumi-trollar muzeyi açılacaq

Finlandiyada mumi-trollar muzeyi açılacaq
21:37 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin iyununda Finlandiyanın Tampere şəhərində dünyada yeganə olan mumi-trollar muzeyinin açılışı olacaq.

Əvvəllər Mumi-Trollar Vadisi adlanan İncəsənət Muzeyi insanları yazıçı Tuve Yanssonun (1914-2011) sənəti və nağılları ilə tanış edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tuulikki Piyetilyanın qurduğu üçölçülü kompozisiyalarda müdrikliyi, səmimiliyi, mehribanlığı və macəra eşqi ilə milyonlarla insanın qəlbini fəth etmiş mumi-trollar haqqında 50-dən çox dilə tərcümə edilmiş nağıllardan səhnələr təsvir olunub.

Muzeyin özünün oxu zalı olacaq. Burada Tuve Yanssonun qəhrəmanlarının dünyasına baş vurmaq olar. Oxu zalının kolleksiyasına mumi-trollar haqqında nağıllar, habelə yazıçının özü haqqında kitablar daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR