ARDNF haker hücumlarından müdafiəni gücləndirir

ARDNF haker hücumlarından müdafiəni gücləndirir
08:28 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıq tender elan edib.

“APA-Economics” xəbər verir ki, tender 3 lot üzrə keçirilir:

Lot- 1. Şəbəkə hücumlarını aşkarlamaq və mühafizə sistemi üzrə texniki xidmətin satınalınması.

Lot -2. Radware lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması.

Lot- 3. Qızıl külçələrinin çəkilməsi üçün Almaniyanın Sartorius şirkətinin GBB 14202S- 0CE model elektron tərəzisinin və həmçinin F1 və E2 sinifində olan etalon çəki daşları komplektinin satınalınması.

Tender proseduru mayın 25-i yerli vaxtla saat 11:00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• podratçının ixtisas göstəricilərinə

dair məlumat;

• tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);

• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər mayın 15-i 18:00-dək faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə mayın 24-ü yerli vaxtla 18:00-dək hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

İştirak haqqı hər bir lot üçün 100 manat məbləğində müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/194706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR