Keyfiyyətsiz dərman 6 nəfəri öldürdü

Rusiyanın paytaxtı Moskvada 6 nəfər keyfiyyətsiz metadon preparatından zəhərlənərək həyatını itirib.

Metbuat.az bildirir ki, ölənlərin Lublin və Kuzminkidə yaşadıqları məlum olub. Hazırda ölümcül keyfiyyətsiz narkotik preparat olan metadonun qanunsuz satışını təşkil edənlərin kimliyi araşdırılır.

Qeyd edək ki, son günlər bu narkotik vasitələrin qanunsuz istifadəsi nəticəsində 15 nəfər həyatını itirib.

Xəyalə Xatun / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR