"Universal" iz vasitəsilə barmaq izi skanerini aldatmaq mümkündür

"Universal" iz vasitəsilə barmaq izi skanerini aldatmaq mümkündür
12:35 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bir çox müasir smartfonlarda tətbiq edilən barmaq izi skaneri, hesab edildiyi kimi, təhlükəsiz deyil. Nyu-York və Miçiqan universitetlərində çalışan alimlərin araşdırmasına görə, papillyar naxışların ümumi xüsusiyyətləri üzrə tərtib edilmiş saxta "universal" iz vasitəsilə mobil qurğuları asanlıqla aldatmaq mümkündür.

Kompüter modelləşdirməsinin nəticəsinə görə, “MasterPrints”in "universal” izi 65% halda əsl barmaq izi ilə uyğun gəlib. “MasterPrint”in köməyi ilə hazırlanan əlcək 5 cəhdə 40-50% ehtimalla “iPhone” smartfonunu blokdan çıxara bilər. Bu haqda araşdırmanın müəlliflərindən biri, kompüter elmləri professoru və Tandon Mühəndislik Məktəbinin müəllimi Nəsir Memon deyib.

Lakin bu statistika yalnız simulyasiyaya əsaslanır. “MasterPrints”in köməyi ilə real həyatda qurğunu blokdan çıxarmağa cəhd edilməyib. “The New York Times” tərəfindən rəyi soruşulmuş ekspertlərin fikrincə, smartfonu aldatmaq şansı son dərəcə aşağıdır, ancaq alimlərin tədqiqat işi skanerlərin müdafiəsinin gücləndirilməsi haqda düşünməyə sövq edir.

İnsanın barmaq izini saxtalaşdırmaq çox çətindir, ancaq smartfonlarda qurulmuş daktiloskopik sensorların ölçüsü o qədər kiçikdir, barmaq izinin şəklini yalnız qismən “oxuyur”.

İstehsalçılar mexanizmin işini sirr kimi saxlayırlar. Məsələn, “Apple” şirkətinin rəsmisinin məlumatına görə, barmaq izinin faktiki təsviri aparatda saxlanılmır. “Touch ID” sistemi papillyar naxış əvəzinə, onun haqqında yalnız bəzi informasiyalardan istifadə edir və bu informasiya şifrlənir və prosessor daxilində saxlanılır. Şirkət nümayəndələrinin məlumatına görə, barmaq izi skanerini aldatmaq şansı 1-in 50 minə nisbətindədir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47093-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR