Dünyanın ən yaraşıqlı kişisi arvad üçün ALIŞIB-YANIR - FOTO

Dünyanın ən yaraşıqlı kişisi arvad üçün ALIŞIB-YANIR - FOTO
13:48 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əksər qadınların gizli-aşkar xəyalı olan məşhur aktyor Corc Klunini arvadı yataq otağından qovub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Corcun xoruldaması olub. Əkiz övladlar gözləyən Amal Kluni hamiləlik səbəbindən ayıq yatır. Özünün dediyinə görə, əri “monstr kimi” xoruldayır. Ona görə də rahat yatmaq istəyən qadın ərini otaqdan qovub. Şərt kəsiblər ki, bu otağa yalnız uşaqlar doğulandan və Amalın yuxusu normal hala düşəndən sonra qayıda bilər.

Gecələr yola getməyən cütlük səhərlər həvəslə övladlarının doğumuna hazırlaşırlar. Bunun üçün malikanələrində əsaslı təmir etdirirlər. Arvadından başqa qonşularının da rahatlığına mane olmaq istəməyən aktyor, təmir səslərindən bezməsinlər deyə onları hotellərə yerləşdirib. Təbii ki, parası Corcun boynuna!

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR