Moskvada futbol turniri başladı

Moskvada "Lokomotiv" klubunun köməkçi stadionunda Rusiya uşaq futbol çempionatının XII mərhələsi baş tutub.

Metbuat.az bildirir ki, uşaq evləri və internat məktəblərinin komandaları arasında "Gələcək sizdən asılıdır" sloqanı altında futbol yarışı keçirilib. Yarışlar Rusiya Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Rusiya Olimpiya Komitəsi və İdman Nazirliyinin, Uşaq Futbol Fondu,”Meqafan” şirkətinin dəstəyi ilə reallaşıb. 12 komanda arasında keçirilən yarışmada çempion olan komanda Londana səyahət edəcək və “Arsenal” futbol komandasının qonağı olcaq

Turnirdə iştirak edən bütün uşaqlar mükafatlandırılacaq.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR