Qazaxıstan kiril əlifbasından niyə imtina etdi? - VİDEO

Qazaxıstan kiril əlifbasından niyə imtina etdi? - VİDEO
17:03 12 Aprel 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

"Qazaxıstanın kiril əlifbasından imtina etməsinin səbəblərindən biri də Türkiyə ilə yaxınlaşmaqdır".

Publika.az xəbər verir ki, bu sözləri Rusiya Dilçilik İnstitunun rəhbəri, filologiya elmləri doktoru, professor Maksim Kronqauz söyləyib.

Onun sözlərinə görə, yeni əlifbaya keçidin siyasi səbəbləri də var:

"Bu ölkənin siyasi seçimidir və sivilizasiyaya yaxınlaşması deməkdir. Latın qrafikalı əlifbaya keçid eyni zamanda, digər türk dillərinə və türkdilli xalqlara yaxınlaşmaq deməkdir.”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2015-ci ildə ilin sonlarına qədər ölkədə latın qrafikalı əlifbaya keçiləcəyini bəyan etsə də, müəyyən təzyiqlərə görə proses yubadıldı.

Xatırladaq ki, ötən il Qazaxıstanda parlament seçkilərində N.Nazarbayevin başçılıq etdiyi "Nur Otan" partiyası qələbə qazanıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR