"Daily Mail" Trampın xanımına təzminat ödəyəcək -

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp və "Daily Mail" arasındakı problem həllini tapıb.

Metbuat.az-ın məlumatına görə, "Daily Mail" 2,9 milyon dollar təzminat ödəməyə razılıq verib. Bununla yanaşı, ingilis nəşri ABŞ-ın birinci xanımından üzr istəyəcək və təkzib yayımlayacaq.

Qeyd edək ki, "Daily Mail" Melaniya Trampın 90-cı illərdə varlı şəxslərin eskortu olduğunu iddia etmişdi. "First lady" isə əleyhinə məlumatlar yayan nəşrə 150 milyon dollarlıq təzminat davası açmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR