Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla birgə mətbuat konfransı keçirib.
Metbuat.az-ın məlumatına görə, Lavrov mətbuat konfransında, ABŞ-ın Suriyadakı Şayrat aviabazasını vurmasının ardından ləğv edlən Rusiya-ABŞ hava anlaşmasının yenidən qüvvəyə mindiyini açıqlayıb.
Sergey Lavrov həmçinin əlavə edib:
"Uzun danışıqlar apardıq. Əvvəlki hökumətdən qalan problemləri həll etməyə çalışırıq.
Terrorla mübarizədə hər şeyi etməyə hazır olduğumuzu bildirdik. Putin-Tramp görüşündə Suriyadakı hücum haqqında danışıldı. Detallı araşdırma aparılmasını istəyirik. Bu barədə fikrimizi ifadə etdik.
Günahkarların cəzalandırılması, kimyəvi silahların qarşısının alınması üçün Suriya hökuməti və BMT ilə birlikdə çalışmalıyıq".