Hər an dəhşətli nüvə müharibəsi başlaya bilər

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib.

Metbuat.az xəbər verir ki, paytaxt Pxenyanda mülkü əhalinin təxliyə edilməsi işi başladılıb. Həmçinin, xarici jurnalistlərə ölkəni tərk etmək barədə göstəriş verilib. Ölkədə müharibəyə hazırlıq işlərinə başlanıb.

"Reuters" agentliyi isə Çinin Şimali Koreya ilə sərhədə əlavə hərbi qüvvələr topladığı haqda xəbər yayıb. Bununla yanaşı, ABŞ donanmasına məxsus hərbi gəmilər və Yaponiya dəniz donanması da Koreya yarımadasına doğru hərəkət edir.

Qeyd edək ki, Şimali Koreya ABŞ tərəfindən istənilən hücumuna cavab verəcəklərini bildirib.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR