Baş həkimi öldürməkdə şübhəli bilinən iki nəfər tutuldu

Baş həkimi öldürməkdə şübhəli bilinən iki nəfər tutuldu
11:32 13 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda baş həkimi öldürməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. V.Abbasov rayonda şadlıq saraylarından birində operator vəzifəsində çalışıb. V.Abbasovun həmkəndlisi, iki gün əvvəl Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edən, 1977-ci il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynovla əlaqəsinin olduğu bildirilir. 

Daha bir saxlanılanın isə Səpnəkəran kənd sakini olduğu bildirilir.
Hadisənin tamah məqsədilə törədildiyi deyilir.

Report-un əldə etdiyi məlumata görə, cinayətin açılmasında hadisə törədən şəxslərlə dünyasını dəyişən ev sahibinin telefon danışıqları tutarlı sübutlar kimi istifadə olunub.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də Xolmili kəndində baş verib. 
Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR