İngiltərə mətbuatı "Barseloona"dan gedəcək futbolçuların adını açıqlayıb. Fanat.Az xəbər verir ki, həmkarlarımız Çempionlar Liqasında "Yuventus"a 0:3 hesabı ilə uduzan komandanı yayda Arda Turan və Ceremi Matyeu tərk edəcək.
"Daily Mail" Arda Turan haqqında bunları yazıb: "Yeni futbolçular transfer edə bilmək üçün nağd pula ehtiyacı olan "Barselona" Arda Turanı göndərmək istəyir. Milli futbolçu üçün Çin klublarından təkliflər gözlənilir".
Ceremi Matyeu ilə bağlı isə "Forma şansı qazanmayan 33 yaşlı müdafiəçinin də getmək vaxtı çatıb" yazılıb.
Qeyd edək ki, "Barselona" Arda Turanı 2015-ci ildə "Atletiko"dan 34, Ceremi Matyeunu 2014-cü ildə "Valensiya"dan 20 milyon avroya alıb.
Fanat.Az