Kliçkodan "Eurovision"da Rusiyanın iştirakıyla bağlı AÇIQLAMA

Kliçkodan "Eurovision"da Rusiyanın iştirakıyla bağlı AÇIQLAMA
14:27 13 Aprel 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyevdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı siyasiləşdirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko bildirib.

"Rusiya nümayəndələrinin iştirakı məsələsinə gəlincə, bu, bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Çox təəssüf ki, məsələ siyasiləşdirilir. Hər bir ölkənin öz qanunları var, onları pozmaq olmaz. Rusiya tərəfinin başqa ifaçı, Ukrayna qanunları pozmayan birini seçmək imkanı var. Məsələnin siyasi tərkibinə gəlincə, Rusiya, çox təəssüf ki, ifaçının Ukrayna qanunlarını pozduğunu bilə-bilə onu seçdi", - V.Kliçko vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR