"Azxeber.com" informasiya portalı 7 yaşını qeyd edir

"Azxeber.com" informasiya portalı 7 yaşını qeyd edir
14:42 13 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azxeber.com" informasiya portalının 7 yaşı tamam olur.

​Milli.Az bildirir ki, bu gün "Azxeber.com" informasiya portalının 7 yaşı tamam olur. 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən "Azxeber.com" həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
 
Portalın "facebook" sosial şəbəkəsində 510 mindən, "instagram"da 50 mindən çox izləyicisi var.
 
AZXEBER.COM xəbər portalı Mətbuat Şurasının üzvüdür.

Milli.Az kollektivi adından həmkarlarımızı təbrik edirik!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR