UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilir.
Metbuat.az-ın məlumatına görə, bu gecə 4 matç keçiriləcək.
Turnirin əsas favoriti "Mançester Yunayted" "Anderlext"in qonağı olacaq. Bir digər maraqla gözlənilən görüş Fransada keçiriləcək. "Lion" "Beşiktaş"la qarşılaşacaq. "Ayaks" "Şalke"ni, "Selta" isə "Qenk"i qəbul edəcək.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
23:05. "Lion" - "Beşiktaş"
23:05. "Anderlext" - "Mançester Yunayted"
23:05. "Ayaks" - "Şalke"
23:05. "Selta" - "Qenk"