Sakit okeanda Vanuatu sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Publika.az- ın RİA Novosti-yə istinadən verdiyi xəbər görə, bu
haqda ABŞ Geoloji xidməti məlumat verib.
Zəlzələ UTC vaxtı ilə saat 02:21 radələrində qeydə alınıb.
Zəlzələnin ocağı 20,4 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.