Prosineçki: "Mənim onlara inamım böyükdü"

Prosineçki: "Mənim onlara inamım böyükdü"
16:27 7 Yanvar 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

“Təəssüflə qeyd edim ki, Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində ilk 4 oyunda heç xal qazana bilməyib. Buna görə də, futbolçular psixoloji cəhətdən yaxşı vəziyyətdə deyillər. İndiki məqamda əsas vəzifə bu çatışmazlığı aradan qaldırmaqdı. Futbolçuları qalib psixologiyasında tərbiyələndirmək lazımdı. Onlar özlərinə inanmalıdılar”.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
  
UEFA-nın rəsmi saytına danışan xorvatiyalı çalışdırıcı Azərbaycanda potensiallı gənc futbolçuların olduğunu dilə gətirib: “Turnir cədvəlində bacardıqca yuxarı qalxmalıyıq. Düzdü, bunun öhdəsindən gəlmək heç də asan olmayacaq. Ancaq Azərbaycanda potensiallı gənc oyunçular var. Müqavilə imzaladıqdan sonra bir çox futbolçunun oyununu izləmişəm. Diqqətimi cəlb edənlər az deyil. Mənim onlara inamım böyükdü. Elə komanda formalaşdırmalıyıq ki, iddialı rəqiblərlə də mübarizə aparmağı bacarsın”.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR