"Ermənistanda son parlament seçkilərindən sonra indiki deyil, başqa təmayüllü qüvvələr də hakimiyyətə gəlsəydi, yenə də Dağlıq Qarabağ məsələsində heç bir şey dəyişməyəcəkdi".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Mövcud durumda yeganə çıxış yolu - "Müharibə!"

Onun sözlərinə görə, Ermənistanda qərarları özləri yox, başqaları verir: "Ermənistanın onsuz da müstəqil xarici siyasəti yoxdur. Ermənistan Rusiyanın qeyri-rəsmi bir əyalətidir və onun üçün prioritetləri də Moskva müəyyənləşdirir. Nə deyirlərsə, onlar da onu edirlər. Əslində parlament seçkilərinin də nəticələrini elə Rusiya müəyyənləşdirib. Digər tərəfdən, Ermənistanda və erməni diasporasında əsas fəaliyyət prinsiplərini erməni kilsəsi təyin edir. Onların da ki mövqeyi ortadadır. Bu yaxınlarda onlar da ermənilərin Dağlıq Qarabağda separatçı rejiminə yarım milyon dollar civarında yardım etmişdi. Yəni məsələ bundadır ki, bu gün hətta Ermənistan əhalisinin hamısı fərqli siyasət istəsə belə, Ermənistan hökümətinin hansısa fərqli qərar qəbul edə biləcəyini düşünmürəm. Qərarı nə Ermənistan əhalisi, nə də hökuməti qəbul edir. Bunu onların əvəzinə Rusiya edir. Əgər Rusiya əlini Ermənistandan çəksə, bu məsələ tezliklə həll oluna bilər. Əks halda belə vəziyyətdə Ermənistanda hansı qüvvənin iş başında, hakimiyyətdə olmasından asılı olmayaraq, vəziyyət müsbətə doğru dəyişməyəcək".

Mövcud durumda yeganə çıxış yolu - "Müharibə!"

Mövcud durumda yeganə çıxış yolu - "Müharibə!"

Qarabağ probleminin həllində hərbi ritorika artacaq